Zaur bağlanan verilişindən danışdı
Zaur Baxşəliyev sosial şəbəkədə “Öz aramızda” verilişinin bağlanması haqda bunları yazıb.
“ATV” verilişimizlə bağlı açıqlama verib. Biz yeni studiyada yeni layihə təqdim etməli idik. Kanal həllini tapdığımız, yarım qalan məsələləri yekunlaşdırmaq üçün bizə 2 həftə vaxt vermişdi. Biz də iki həftə ərzində həllini tapdığımız məsələləri təqdim etdik. “Bu stil mənim” və “Məni yarımdan soruş” layihələrimiz efirdə olacaq. Bunlar vaxt aparan layihələrdi, birinin çəkilişləri Türkiyədə, digəri ölkədaxilində olacaq. Bunları yoluna qoymaq üçün gündəlik efirimizə ara vermişik. İnşallah, daha gözəl formatda, qlobal layihələrlə qarşınızda olacağıq. “ATV” maddi texniki bazasını gücləndirib, hələ heç bir layihəsinə start verməyib. Biz köhnəyə əl gəzdirmirik, Yeni, inkişaf etmiş, standartlara uyğun layihələr təqdim etmək istəyirik. Daha baxımlı və səviyyəli verilişlərlə görüşünüzə gələcəyik”.Baxşəliyev bu statusu nədənsə daha sonra silib.
Aysel