“Zara” mağazalar şəbəkəsinin yeni endirim fırıldağı

“Zara” mağazalar şəbəkəsinin yeni endirim fırıldağı
 
"Şikayətim "Zara” mağazasındandır. 2 həftə öncə bitməyinə baxmayaraq saytda həmin modelin endirimdə olduğunu göstərirlər. Guya 69 mandan 49 manata düşüb”

Politika.Az-ın xəbərinə görə, bu sözləri Nurlana Əfəndi sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, "Gənclik Mall”da vitrində həmin modeli görüb: 

"Mağazaya daxil olub satıcıdan həmin modelin hansı hissədə olduğunu soruşanda, ondan olmadığını dedi. Olmayan şeyi niyə vitrinə qoyursunuz dediyimdə dəxli olmayan cavab verdilər. 

2 administratora yaxınlaşdım, vitrindəki paltara baxmaq istədiyimi xahiş etdim. Sadəcə ölçünü təyin edib, "Zara” Türkiyədən sifariş etmək üçün. Ona da razı olmadılar, icazə yoxmuş. Müştərini razı salmaq üçün 2 dəqiqəlik manikendən paltarı çıxartmaq belə çətindirmi?” 

Müştəri qeyd edib: "Bəlkə də keyfiyyətləri aşağı olduğuna və digər mallarına güvənmədiklərinə görə vitrin merçendayzeri və ya brend meneceri mağazaya müştəri cəlb etməyin bu cür unikal yolunu tapıb? Bir model bitibsə, niyə vitrində yer almalıdır?”

Bu mağazada istehlakçıların hüquqlarının pozulması, aldadılması, endirim fırıldaqları kütləviləşib. Bir müddət əvvəl Kəmalə Quliyeva adlı alıcı başına gələn yazmışdı:

"28 Mall" ticarət mərkəzindəki ZARA geyim mağazasından 35 manatlıq qadın şalvarı alıb evə gəldim. Qəbzə baxanda qiymətin 35 manat deyil 49 manat yazıldığını gördüm. Mağazada buna diqqət etməmişdim. 

Mağaza ilə əlaqə saxladım ki, geyimi geri qaytarım. Dedilər ki, o kodnan olan mal bizdə 49 manatdır və bizdə alınan mallar geri qaytarılmır. 

Halbuki, geyimin üzərindəki qiymət 35 manatdır və xarici ölkələrdəki ZARA şəbəkə dükanlarında alınan malları 14 gün ərzində geri qaytarmağa icazə verirlər. Bu barədə məlumat verirəm ki, insanlar diqqətli olsunlar”.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...