Zaqataladakı seçki saxtakarlığı haqda film çəkildi, PREZİDENTƏ GÖNDƏRİLDİ - VİDEO

Zaqataladakı seçki saxtakarlığı haqda film çəkildi, PREZİDENTƏ GÖNDƏRİLDİ - VİDEO

9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına ünvanlanmış şikayətlərin təmin edilməsi seçki islahatlarına ümidləri artırmaqdadır. MSK-nın son qərarı ilə bir neçə dairədə nəticələrin ləğv edilməsi, eləcə də bir sıra seçki dairələri üzrə araşdırmaların davam etdirilməsi nəticələrin obyektivliyi və ədalətin bərqərar olunması baxımından önəmlidir.


 

Nəticələrin ləğv olunması on minlərlə sosial şəbəkə isrifadəçiləri tərəfindən qaldırılan dairələrdən biri də 110 saylı Zaqatala seçki dairəsidir. Qeyd edək ki, Zaqatala seçkilərinin favoriti Fariz Həsənli olsa da və O 9 minə yaxın səs yığsa da bu dairədən Elşən Musayev qalib elan edilib.

 

Xatırladaq ki, Elşən Musayev təbliğat-təşviqat mərhələsində seçicilərin sualları qarşısında aciz qalaraq görüşdən qaçması ilə yadda qalmışdı.

 

İlkin nəticələrin elan olunmasından sonra namizəd Fariz Həsənli ilə yanaşı bu dairədən olan digər namizəd Nurlana Cəlil də seçkinin nəticəsindən narazı olması barədə müraciətini bildirmişdir. O da öz növbəsində qeyd etmişdir ki, seçki müddətində Elşən Musayevin trollarının hücumuna məruz qalmışdır.

 

110 saylı Zaqatala seçki dairəsinin real favoriti hesab edilən Fariz Həsənli seçki öncəsi və seçki günü ona olunan qanunsuzluqlardan bəhs edən 136 videonu bir araya gətirərək şikayətini MSK-ya, o cümlədən ölkə rəhbərliyinə, Ombudsmana və DTX-ya təqdim etmişdir.

 

Sosial şəbəkə izləyiciləri Zaqatala seçkilərində Elşən Musayevin üçün təşkil edilən qanunsuz əməllərdən bəhs edən film hazırlamışdır. FilmiSizə təqdim edirik.




OXŞAR XƏBƏRLƏR

II və III ixtisas qrupları üzrə qəbul imtahanının vaxtı MƏLUM OLDU

II və III ixtisas qrupları üzrə iyulun 7-də qəbul imtahanı keçiriləcək.   Dövlət İmtahan Mərkəzindən (DİM) Sfera.az-a verilən məlumata görə, imtahand...

Ayxan Hacızadə: "İQAK-ın yanaşması ədalətsizdir, hüquqi baxımdan sual yaradır"

"Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) yanaşması ədalətsiz v...

Bu gün 4 rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ!

Bu gün Bakının 4 rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCA...

FHN-dən çimərliklərlə bağlı əhaliyə ÇAĞIRIŞ- VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.   Qurumdan Sfera.az-a daxil olan məlumata gö...

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti BAŞLADI

Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb.   Sfera.az xəbər verir ki, bu bar...

Peskov: Putinin Türkiyə səfərinin tarixi hələ dəqiqləşməyib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Türkiyə səfərinin tarixi hələ dəqiqləşməyib.    Sfera.az xəbər verir ki, bu barədə TASS-a...