Zakir Qaralov barəsində cinayət işi başlana bilər – Məhkəmə vəsatəti qəbul etdi

Zakir Qaralov barəsində cinayət işi başlana bilər – Məhkəmə vəsatəti qəbul etdi

Prokrorluq orqanlarının keçmiş əməkdaşı Tofiq Ağacanov sabiq baş prokuror Zakir Qaralovun həbsini tələb edir. 

Sfera.az xəbər verir ki, Tofiq Ağacanov bununla bağlı Bakı İnzibati Məhkəməsində sabiq baş prokura qarşı iddiası üzrə məhkəmə prosesində vəsatət verib.

Məhkəmə isə bu vəsatəti qəbul edib.

Məlumatı Gununsesi.org-a təsdiqləyən Tofiq Ağacanov bildirib ki, Zakir Qaralovun barəsində cinayət işi başlanmasından ötrü xüsusi qərardad qəbul edilməsinə dair tərəfindən vəsatət verilib. "Hakim vəsatəti qəbul etdi və bildirdi ki, fikirini 16 iyun 2020-ci il tarixdə bildirəcək. Mən Prezidentə də, bu barədə açıq müraciət gödərmişəm”, - deyə o vurğulayıb.

Keçmiş prokuorluq işçisi deyib ki, Zakir Qaralovun həbs olunması üçün ciddi əsaslar var: "Onlarla fakt var. Bu faktlardan birinin araşdırılması kifayət edir ki, Zakir Qaralov barəsində cinayət işi başlansın. Mənim və bir neçə nəfərin rəsmi şikayəti var. Sərəncamda olduğumuz halda əmək haqlarımız verilməyib. Söhbət yüzlərlə belə prokuorluq işçisinin maaşlarından gedir. Ortada mənimsəmə cinayəti var. 

Mənim Baş Prokurorluğa qarşı "sərancamda olduğum müddətdə əmək haqqınmın ödənilməsi və qanunla nəzərdə tutulan kompensasiyaların ödənilməsi haqqında” iddia tələbimə dair inzibati iş üzrə Baş Prokurorluğun mənim adıma tərtib etdiyi əmək haqqı cədvəlində qeyd etdiyi, sərancamda olduğum 01.06.2000-ci ildən 14.02.2001-ci illədək müddətdə mənə guya 2000-ci ilin sentyabr ayında 225000,000 manat, noyabr ayında 225000.000 manat və dekabr aylarında 450000.000 manat, cəmi 90.000.000 manat məbləğində verilməsi göstərilsə də, lakin həmin pulların mənə ödənilməməsi, onların Baş Prokurorluqda mənimsənilməsi və bununla da, Baş Prokurorluqda vəzifəli şəxslərin hərəkətlərində dövlət əmlakının xeyli miqdarda mənimsənilməsi kimi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əlamətlərin aşkara çıxarıldığı əsaslara görə, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddələrinin tələblərinə uyğun olaraq, CM-nin 179.2.4-cü maddəsi ilə müvafiq cinayət işinin başlanmasından ötrü, xüsusi qərardad qəbul edilməsini xahiş edirəm”


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...