Zakir Həsənov NATO generalları ilə görüşdü

Zakir Həsənov NATO generalları ilə görüşdü
Mayın 23-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersen və Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi diviziya generalı Erhan Uzun ilə görüşüb.

Sfera.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirən Z. Həsənov vurğulayıb ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları Alyansın müxtəlif proqramlarında, xüsusilə də Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək” missiyasında daim iştirak edirlər.

Qonaqlar Azərbaycanın NATO üçün vacib tərəfdaş olduğunu qeyd edərək Alyansın qərargahlarında xidmət keçən, müxtəlif proqramlarında iştirak edən Azərbaycan zabitlərinin bilik və bacarığını yüksək qiymətləndiriblər.

Ordumuzun şəxsi heyətinin yüksək peşəkarlığından və hazırlığından məmnun qaldıqlarını bildirən qonaqlar xüsusi qeyd ediblər ki, NATO-nun proqramları çərçivəsində keçirilən müxtəlif tədbirlərdə öz bilik və təcrübələrini bölüşən Azərbaycan zabitləri digər ölkələrdən olan həmkarları üçün layiqli nümunədirlər.
 
Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə üzrə səhra təlimini izləmək üçün ölkəmizdə olan qonaqlar əvvəlki illərdə olduğu kimi bu dəfə də təlimin uğurla başa çatacağına əminliklərini bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...