Zakir Həsənov ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxlayıb

Zakir Həsənov ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxlayıb
 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri məruzələri dinlədikdən sonra üzbəüz düşmən mövqelərini müşahidə edib, ön xətdəki əziyyətlə yerində tanış olub.

Daha sonra hərbi hissələrdən birinin yeni inşa edilən dayaq məntəqəsinin, digər hərbi hissədə isə hərbi texnika üçün nəzərdə tutulmuş avtoparkın açılışını edən Zakir Həsənov hərbi texnikanın döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.

OXŞAR XƏBƏRLƏR

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...