Zakir Həsənov hərbi hissələrin yeni döyüş texnikalarına baxış keçirdi

Zakir Həsənov hərbi hissələrin yeni döyüş texnikalarına baxış keçirdi
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Novruz bayramı münasibətilə keçirilən "Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Sfera.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənov əsgər valideynləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşərək Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Orduda həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, digər fəaliyyətlər barədə onlara məlumat verib.

Müdafiə naziri ziyarətçilərə və şəxsi heyətə Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini çatdırıb və onlara uğurlar diləyib.   

Sonra əsgər valideynləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissənin ərazisində çörək zavodu, çamaşırxana və atış məşqlərinin keçirilməsi üçün "Atəş şəhərciyi”nin açılışı olub.   

Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrin silahlanmasına yeni daxil edilən döyüş texnikalarına baxış keçirib, onların texniki vəziyyəti və imkanları ilə maraqlanıb.

Daha sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar edib.

 

Hərbi hissələrdə keçirilən "Açıq qapı” günündə iştirak edən valideynlər şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildirib, Dövlət Başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...