Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin rəhbərləri ilə görüşdü

Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin rəhbərləri ilə görüşdü
Mayın 17-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov, Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi, briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru, polkovnik Zaza Caparidze ilə görüşüb.

Sfera.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, bu il martın 31-də Giresun şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən hər üç ölkənin hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıda keçirilən görüşü çərçivəsində aparılan müzakirələrin, təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən müdafiə naziri bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıdakı tədbirinin hər üç ölkənin müdafiə nazirləri və Silahlı Qüvvələri Baş Qərargah rəislərinin bu günədək keçirdikləri görüşlərin davamı kimi qiymətləndirib, bu əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Tərəflər, həmçinin hər üç ölkənin hərbi təhsil müəssisələri arasında kursantların qarşılıqlı təhsil almaları, birgə təlimlərin, idman, bilik yarışlarının keçirilməsi və bir sıra digər məsələləri müzakirə ediblər.

Görüşün təşkilinə və qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlıqlarını ifadə edən məktəb rəhbərləri də öz növbəsində Bakıda aparılan üçtərəfli səmərəli müzakirələrin təmsil etdikləri ali hərbi təhsil müəssisələri arasında əlaqələrin daha da inkişafına, birgə fəaliyyətlərin həyata keçirilməsi işinə mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...