Zakir Fərəcov məhkəməyə verildi – Milyonluq borc qalmaqalı

Zakir Fərəcov məhkəməyə verildi – Milyonluq borc qalmaqalı
 

Bir qrup sahibkar Sumqayıtın icra başçısı Zakir Fərəcovu məhkəməyə verib.

400 nəfərdən çox fəhlə də iddiaçı qismində onlara qoşulub. Bu barədə Yenisabah.az-a sahibkarların özü bildirib. Zakir Fərəcovun məhkəməyə verilməsinin səbəbi isə onunla sahibkarlar arasında yaranmış borc qalmaqalıdır.

Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlə indiyə qədər pullarını ala bilmədiklərini iddia edirlər.
2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, Zakir Fərəcov həmin vəsaitin yalnız 4 milyon manatlıq hissəsini ödəyib. Yerdə qalan 8 milyon manata yaxın pulu isə ödəməkdən imtina edir.

Bununla bağlı, dəfələrlə Prezident Admnistrasiyasında olmuş iş adamları və fəhlələr xahiş ediblər ki, həmin pulun alınması üçün onlara yardımçı olsunlar.
İndiyə qədər sahibkarlara ödənilməli olan vəsaitdən heç nə verilməyib. Əksinə, Zakir Fərəcov onlara çatacaq pulun 30 faizinin ona verilməsini tələb edib ki, bu da böyük qalmaqala səbəb olub.

İddialara görə, icra başçısı pulunu tələb edən sahibkar və fəhlələri təhdid edərək, onları polis və prokurorla qorxudaraq, həbs etdirəcəyini söyləyib.
Hazırda münasibətlər daha gərginləşib. Sahibkarlar bildirir ki, artıq dözə bilmirlər.
"Zakir Fərəcovun vermək istəmədiyi pulun heç də hamısı bizə çatmır. Biz Bulvarın və şəhərdəki tikinti işlərinə görə, mal və materialları başaqalarından almışıq. Hazırda da onlara borclu qalmışıq. Onlar da haqlı olaraq öz pullarını tələb edirlər", -deyə sahibkarlar vurğulayıb.

Onların sözlərinə görə, Zakir Fərəcov həmin pulu verməmək üçün müxtəlif bəhanələr gətirir: "Bir ara bizdən həmin pulun 30 faizini tələb edirdi. Üstəlik, tələbi yerinə yetirilməyəcəyi təqdirdə, bizi həbs etdirəcəyi ilə hədələyirdi. Bu işə yaramayanda, başqa vasitəyə əl atdı. Sumqayıt İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xudadatovu qabağa verdi və dedi ki, pulumuzu o verəcək. O da gah dedi, pul yığmayıb, gah dedi işçiləri hələ ərazidən qayıtmayıb, gah da dedi ki, onluq məsələ yoxdur. İndi də Fərəcov başlayıb ki, tikintinin smetasını araşdırır, həm də görülən işlərlə bağlı araşdırma aparır. Nəyin araşdırmasını aparacaq? Vaxtında bir dəfə qiymətləndirmə təşkil elədi, məlum oldu ki, həmin işlərin real dəyəri ayrılan puldan 4 milyon manat çoxdur. İndi durub təkrar araşdırma aparmaq eşqinə düşmək, vaxt udmaq, borcu qaytarmamaq istəyindən başqa bir şey deyil".

Zakir Fərəcovun məhkəməyə verilməsinə gəlincə, borc sahibləri ümid edir ki, hüquqi müstəvidə apardıqları mübarizənin nəticəsi olacaq. "Bütün dəlil və sübutları, habelə zəruri sənədləri toplayaraq, məhkəməyə müraciət etmişik. Sonradan bizimlə birlikdə əziyyət və zəhmət çəkmiş 400 nəfərdən çox fəhlə də iddiaçı kimi bizə qoşulub. Onlar həm məhkəməyə, həm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Ümid edirik ki, məhkəmə Zakir Fərəcovun qanunsuz əməllərini təsdiqləyib, bizim qanuni haqqımızın geri qaytarılmasında yardım edəcək".

Sahibkarlar və işçilər təkcə Zakir Fərəcovu deyil, həmçinin müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlunu da məhkəməyə veriblər. Onlar bu işlərdə onun da böyük rolunun olduğunu iddia edirlər.

Sahibkarlar onu da bildiriblər ki, onlar haqqı olan pullarını alana qədər mübarizələrinə davam edəcəklər. Onlar həmçinin qeyd ediblər ki, məsələ ilə bağlı təkrar Prezident Admnistrasiyasına müraciət edəcəklər. Eyni zamanda, Prezident İlham Əliyevdən də dəstək istədiklərini bəyan ediblər.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...