Zabratdakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA - 5 nəfər xəstəxanaya aparılıb

Zabratdakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA - 5 nəfər xəstəxanaya aparılıb

FHN Zabratdakı partlayışla bağlı məlumat yayıb.

Sfera.az bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan tikilidə məişət qaz balonundan qaz sızması nəticəsində partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Hadisə zamanı 15 m² olan mətbəx və hamam otağının yanar konstruksiyaları yanıb.

 

Partlayış nəticəsində 5 nəfər xəsarət alan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıb. 


OXŞAR XƏBƏRLƏR