Zabitlər üçün yeni yaşayış kompleksi istifadəyə verildi – FOTOLAR

Zabitlər üçün yeni yaşayış kompleksi istifadəyə verildi – FOTOLAR
 Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 27-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin  rəhbər heyəti cəbhə bölgəsində zabitlər üçün inşa edilmiş daha bir yaşayış kompleksinin açılışında iştirak edib.

İki mərtəbəli, 33 yaşayış və yardımçı otaqlardan ibarət zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən yataqxana mebel və digər avadanlıqlarla təmin edilib.

Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, futzal meydançası və idman şəhərciyi salınıb, eləcə də hərbi qulluqçuların səmərəli istirahəti üçün digər lazımi şərait yaradılıb.

Müdafiə naziri general-polkovnik Z.Həsənov yeni inşa edilmiş zabit yataqxanasında yaradılmış şəraitlə tanış olub, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.


 









 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...