Cəmİyyət

“Öz postunda ayıq-sayıq xidmət, qorxmazlıq, öz silahına inam…” – Müdafiə Nazirliyi

“Öz postunda ayıq-sayıq xidmət, qorxmazlıq, öz silahına inam…” – Müdafiə Nazirliyi
 

"Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bir dövrdə Azərbaycan Ordusunun hərbi hissələri düşmənlə bilavasitə təmas vəziyyətində döyüş mühafizəsi və döyüş növbətçiliyi xidmətlərini aparır və torpaqlarımızın düşməndən etibarlı müdafiəsi kimi şərəfli və eyni zamanda çox çətin bir vəzifəni yerinə yetirir”.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin hərbi hissələrin şəxsi heyətində yüksək döyüş hazırlığı, möhkəm nizam-intizam, öz postunda ayıq-sayıq xidmət aparmaq, qorxmazlıq, düşmənə nifrət, öz silahına, komandirlərinə inam kimi döyüşçü keyfiyyətlərinin tərbiyə olunmasını tələb edir: "Döyüş mühafizəsi və döyüş növbətçiliyinə təyin olunan bölmənin, hər bir hərbi qulluqçunun əsas vəzifələrindən biri də təhkim olunmuş döyüş və digər texnikanın, silahların, avadanlıqların həmişə saz, döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazır vəziyyətdə saxlanılmasıdır. Döyüş mühafizəsinə təyin olunan hərbi qulluqçu hər hansı bir ekstremal şəraitdə vəzifə borcunu yerinə yetirməyə özünü hazırlamalıdır”.

Qeyd olunub ki, düşmən kəşfiyyatçıları Azərbaycan Ordusunun döyüş sayıqlığı və qoşunların yerləşdiyi məntəqələr haqqında məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar: "Daxili xidmətə təyin olunmuş hərbi qulluqçularla iş aparılarkən yataqxanada, döyüş maşınları parkında, yeməkxanada, hərbi şəhərciyin ərazisində nizamnamə qaydalarına əməl edilməsinə onların cavabdehliyi xüsusi qeyd olunur, lazımi təlim məşğələsi keçirilir və bu məşğələdə yerli şəraitə uyğun yüksək sayıqlıq və döyüş hazırlığını təmin edən amillər öyrənilir. İndiki dövrdə qarovul xidmətinin, döyüş mühafizəsinin və döyüş növbətçiliyinin xüsusi əhəmiyyət kəsb etməsi məşğələdə dinləyicilərə çatdırılmalıdır. Bu isə ondan irəli gəlir ki, düşmən kəşfiyyatçıları ordumuzun döyüş sayıqlığı və qoşunların yerləşdiyi məntəqələr haqqında məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar”.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031