Üz-gözünü it parçalayan uşaqdan xəbər var

Üz-gözünü it parçalayan uşaqdan xəbər var
Xəbər verdiyimiz kimi, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it küçədə, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Heyvan uşağın üz nahiyəsini parçalayıb.

Sfera.az milli.az-a istinadən bildirir ki, azyaşlının səhhəti ilə bağlı son durumu öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı 1 saylı Kliniki Tibbi Mərkəzin Üz-Çənə Cərrahiyyəsi şöbəsinin həkimi Məhəbbət Cəfərovla danışıb. O, artıq uşağın üzündəki tikişlərin söküldüyünü deyib.

"Uşağın yaraları, tamamilə sağalıb. Bizim tərəfimizdən ediləcək müalicələr isə başa çatıb. Bir qədər gözünün üstündə şiş olsa da, sağalma prosesi gedir. Uşaq görə bilir. Bu gün də göz həkimləri onun son durumu ilə maraqlanacaqlar" - deyə M.Cəfərov əlavə edib.
İmmunitetinin aşağı düşməməsi, qrip və bu kimi digər yoluxucu viruslardan qorunması üçün Hüseyn Məmişov xəstəxanada qalır.

"Hazırda uşaq xəstəxanada, şöbədədir. Hələ ki, onun evə buraxılmasına icazə yoxdur" - deyən həkim azyaşlıda quduzluq əlamətinin olmadığını və sabah ona yenidən vaksinlərin vurulacağını qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...