Yuxuya gedərkən anidən gələn yıxılma hissinə SƏBƏB

Yuxuya gedərkən anidən gələn yıxılma hissinə SƏBƏB
 Tam yuxuya dalan an, birdən yıxılma hissinə qapılıb diksinməyimizi çox görmüşük. Olduqca geniş yayılan bu hissə, beyindəki iki bölgənin nəzarət qarşıdurması səbəb olur.

Enter.News xəbər verir ki, yuxunun hissəsi kimi qəbul ediriksə, boşluğa düşmüş hissi yaranır: buna hipnik qıcolma deyilir. Bu beynimiz yuxuya görə ətrafla əlaqəsini kəsərkən ortaya çıxan bir qarşıdurmanın nəticəsidir.

Yuxuda vücudumuz iflic olmuş kimidir və ətraf dünyadakı hadisələrə laqeyd hala düşür. Ancaq, əzələ nəzarətimiz, belə deyil.

Beynimizdəki retikulyar aktivasiya sistemi adlı bölgə, nəfəsalma kimi əsas funksiyaları idarə edir və bizə sayıq qalma duyğusunu hiss etdirir. Digər tərəfdən, görmə ilə bağlı ventrolateral preoptik nüvə (optik sinirin önündəki bölgə) isə, yorğunluğu qaydasına salır.

Yuxuya dalma əsnasında, retikulyar aktivasiya sistemi, bədənimizin idarəsini əldən buraxdığı halda, ventrolateral nüvə, nəzarəti ələ keçirir. Bu, yavaşca qısılan bir lampa düyməsi kimidir, amma hər zaman mükəmməl işləməyə bilər. Oyaqlığı təmin edən enerji qalıqları anidən yüksəldikdə, iflic hərəkətləri müşahidə olunur.

Lakin, bunun səbəbi tam olaraq aydın deyil. Sürətli göz hərəkətlərinin əksinə, bu iflic hərəkətlərinin yuxu görən beyinlə heç bir əlaqəsi yoxdur. Həm də günün son qalıqları kimidir.

‘Partlayan baş sindromu’ adı verilən və insanın başının içində bomba partlayırmış kimi səslərin eşidilməsinə səbəb olan qəribə narahatçılıqda da, oxşar əlamətlər gözə çarpır.

Beyinin oyaq və yuxuya keçən qismi arasında bir idarəetmə qarşıdurması var və bu şimşək çaxması kimi işiqlar görməyə və yüksək səsli partlamalar eşitməyə səbəb olur. Bəzi hallarda isə bu, yuxusuzluğa və hətta, bədənin bilinməz güclər tərəfindən ələ keçirilməsi iddialarına da əsas yaradır. Lakin, ümumi olaraq, burada narahatçılığa əsas yoxdur. Yuxuya dalma anında yaranan qəribə bir qarşıdurmadan ibarətdir.

Daha əvvəllər mövzu haqqında yazan psixoloq Tom Stafford-a görə: "Yuxulu halda etdiyimiz hər iki hərəkət növü arasında, xoş bir simmetriya mövcuddur. Sürətli göz hərəkətləri, oyanmaqda olan dünyada görülə biləcək röya qalıqlarıdır. Hipnik qıcolamlar isə, röya dünyasına icazəsiz girən oyanıq yaşam qalıqları kimidir.”
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...