Yuxusunda eşitdiyi səslərə qulaq asdı və... - Tüklər ürpədən hadisə.

Yuxusunda eşitdiyi səslərə qulaq asdı və... - Tüklər ürpədən hadisə.
İsgendurunda meydana gələn əsrarəngiz hadisədə, davamlı yuxusunda bir səsin onu yönəltdiyini deyən adam evinin altında görün nə tapdı?! Güllü adlı şəxs evinin alt qatında bir məzarın olduğunu iddia edib, apardığı qazıntıda insan miniatürü şəkilində heykəl tapıb. Daha əvvəl də tapdığı tarixi əsərləri Antakya Arxeologiya Muzeyinə təslim edən Güllü, evinin araşdırılması üçün lazımı nümayəndələrə müraciət edərək evinin altında qəbirlə bərabər xəzinənin olduğunu bildirib: "Mən hər yatanda yuxumda birinin məni çağırdığını hiss edirdim. O səs "Gəl məni çıxart deyirdi". Bu hadisəni yoldaşıma danışanda mənə dəli olduğumu söylədi. Sonra dostuma danışdım. Həmçinin o səs mənə deyirdi ki, sənə parçaların ən gözəlini verəcəm. Get evin altındakı daşı qaldır". Evimin altında xəzinə olduğunu düşünürəm.(xeberoxu.az)

OXŞAR XƏBƏRLƏR