“Yuxarılar bəzi məmurları qurban verəcək…” – MİLLƏT VƏKİLİ

“Yuxarılar bəzi məmurları qurban verəcək…” – MİLLƏT VƏKİLİ
 

 

"Gürcüstanda yaşanan olayların çevriliş həddinə gəlməsi ehtimalı böyük deyil. Yəni, burada Ermənistanda olduğu kimi çevriliş, inqilab kimi amillərin təkrarlanacağı gözlənilmir. Sadəcə, ayrı-ayrı vəzifəli şəxslərin, spikerin istefası məsələsi gündəmə gəlir və bu tələblər ümumən reallaşır. Hesab edirəm ki, Gürcüstan hakimiyyəti baş verənlərdən daha az itki ilə çıxmaq xəttini seçib”.


Sfera.az-a açıqlamasında bu sözləri qonşu Gürcüstanda baş qaldıran gərginliyin hansı proseslərə gətirib çıxaracağına münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib. Onun sözlərinə görə, baş verən olaylar fonunda bəzi məmurlar qurban veriləcək:


"Aşağıdan dövlət çevrilişinin reallaşmasındansa, yuxarılar özləri bəzi məmurları qurban verə bilərlər. Hazırda Gürcüstanda məhz bu tendensiya müşahidə olunur. Ona görə hesab edirəm ki, Ermənistanda olduğu kimi, dövlət çevrilişi, hakimiyyətin zəbt edilməsi ehtimalı Gürcüstanda elə də ciddi deyil. O səbəbdən ki, Gürcüstanda hakimiyyətdə olanların özləri də qərbyönümlüdür. Amma ayağa qalxan insanları sakitləşdirmək, məmnun etmək üçün müəyyən kadr dəyişikliklərinin olması ehtimalı böyükdür. Lakin bütövlükdə, Ermənistan ssenarisinin tətbiq olunacağı, yeni siyasi qüvvənin hakimiyyətə gələcəyi, inqilab olacağı ehtimalı çox aşağı səviyyədədir”.


Deputatın fikrincə, qonşu ölkədəki olayların tranzit yolları məsələsinə də hər hansı bir təhdidi yoxdur: "Hipatetik baxımdan ən mürəkkəb ssenarilər reallaşsa, dövlət çevrilişi baş versə də belə, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Gürcüstan dövləti və rəhbərliyi gözəl dərk edir ki, ölkələrinin iqtisadi rifahı ərazisindən keçən və Azərbaycanın müəllifi olduğu layihələrlə bağlıdır. Yəni, bu ölkədə kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq, Bakı-Tiflis-Çeyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və Bakı-Tiflis-Qars dəmir yolu xətti öz aktuallığını qoruyub saxlayır”.

 

Qeyd edək ki, qonşu Gürcüstanda beynəlxalq tədbirdə iştirak üəün gələn rusiyalı deputatın parlament spikerinin kreslosunda əyləşməsilə başlanan gərginlik yüksələn xətt üzrə davam edir. Bəzi ekspertlər ölkədə növbəti bir inqilab və yaxud çevrilişin baş verə biləcəyini də istisna etmirlər.

 

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...