Yusif Səfərov küçəsində maşın yandı - FOTO/VİDEO
16:58 / 09.02.2020
4093
Yusif Səfərov küçəsində (şəhər istiqamətində Leyla Şıxlinskaya adına klinikanın qarşısında) günorta saatlarında avtomobil yanıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev yayıb. O bildirib ki, hadisə səbəbindən yolda hər iki istiqamətdə nisbətən sıxlıq müşahidə olunur.