Yunanlar almanlardan 290 milyard istəyir: Dünya müharibəsinə görə...
13:44 / 18.04.2019
3274
Yunanıstan Almaniyadan rəsmi olaraq 290 milyard dollar tələb edir.
Sfera.az xəbər verir ki, Yunanıstan hökuməti Dünya müharibəsi zamanı yunanların maddi və mənəvi zərəri kimi Almaniya hökumətindən 290 milyarda dollar tələb edir.
Yunanıstan parlamenti səs çoxluğu ilə səs verərək, Almaniyanı birinci və ikinci dünya müharibəsi dövründə ölkədə yaranan zərər və cinayətlərə görə 290 milyard avro təzminat ödəməsini tələb edib. YBMM sədri Nikos Vutsisin hazırladığı layihə, hökumətin təzminat ödəmək üçün Almaniya hökumətinə göndərilib.
Yunanıstan parlamentində baş nazir Aleksis Tsiprasın partiyası Syriza və müxalifətin Yeni Demokratiya və Sosial Demokratik Hərəkatı (KINAL) qərarının lehinə səs verib. Tsipras, YBMM-dəki çıxışında, "Təzminatın ödənilməsini tələb etmək bizim üçün tarixi və mənəvi bir öhdəlikdir" deyib.