Yunanıstanda ilk dəfə qadın prezident seçildi
13:53 / 22.01.2020
1792
Yunanıstanda Ali Məhkəmənin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.
Parlamentdə səsvermə bu gün səhər saatlarında baş tutub.
300 nəfər deputatdan 200-dən çoxu Y. Sakellaropuluya səs verib.
Qeyd edək ki, Y. Sakellaropulu Yunanıstanın ilk qadın prezidentidir.