Yunanıstan Türkiyənin 18 adasını işğal edib

Yunanıstan Türkiyənin 18 adasını işğal edib
 
Yunanıstan Egey dənizində Türkiyəyə məxsus olan daha bir adanı işğal edib.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, beynəlxalq hüquqa görə Türkiyəyə aid olan Maratxi Adasının 2004-ci ildən bəri yunan işğalı altında olduğu ortaya çıxıb.

Adaya Yunanıstan vətəndaşları yerləşdirilib və ölkə bayraqları asılıb. Bununla da yunanların işğal etdiyi adaların sayı 18-ə çatıb.

Qeyd edək ki,1932-ci ilin 4 yanvar tarixində imzalanan Türkiyə-İtaliya Konvensiyasının birinci maddəsində Maratxi Adasının Türkiyənin suverenliyi altında olduğu bildirilib. 

1943-cü il tarixli İngilis xəritəsində və 1951-ci il tarixli Amerika xəritəsində Maratxi Adasının Türkiyəyə aid olduğu açıq şəkildə göstərilib.


OXŞAR XƏBƏRLƏR