Yumurta bişirərkən bunlara diqqət edin

Yumurta bişirərkən bunlara diqqət edin

Yumurta çox sevilsə də, təəssüf ki doğru üsullarla bişirilmir. Düzgün bişirilmədiyinə görə qidanın keyfiyyət dəyərini aşağı salır. "Yumurta kolin ilə zəngindir. Kolin beyin sağlamlığı üçün imtina edilməzdir. Sarı qisimindəki yüksək A vitamini sayəsində yumurta görmə funksiyasını və immuniteti gücləndirir, hüceyrə yeniləyici xüsusiyyətə malik olmaqla yanaşı eyni zamanda xərçəng önləyici təsiri də yüksəkdir.

B vitamini ilə də zəngindir ki; bu da saç dırnaq, beyin və dəri üçün  çox faydalıdır. Ancaq bir çox qidalarda olduğu kimi bişirmə qaydası yumurtadan da nə qədər faydalana biləcəyinə təsir edər. Yumurta ümumi 10 dəqiqə ocaqda qalmalı və qaynamağa başladıqdan sonra ocağın altı azaldılmalıdır. Beləcə tam bişmiş yumurta əldə edilir. Bu yumurtanın qida dəyəri ən yüksək olur.
 
 Bəzi adamların sevdiyi yarı bişmiş yarı bişməmiş yumurtanın tərkibində biotin adlı vitamin digər zülallarla birləşdiyindən adı çəkilən vitaminlərdən  faydalanmaq mümkün deyil. Yumurta tam bişdiyində isə bu arzuolunmaz kimyəvi birləşmə önlənər. Yəni ən sağlam yumurta, tam bişmiş yumurtadır. Beləcə həm avid adlı zülaldan, həm də biotin adlı vitamindən yararlana bilərsiniz.
 
Yumurta sarısının ətrafındakı yaşıl boz halqaya diqqət
"Dəmir əskikliyi olanlar üçün gündə bir yumurta doğru bir seçimdir. Ancaq 10 dəqiqədən çox bişdiyində, yumurta sarısı ətrafında ‘dəmir sulfid halqası’ olaraq bilinən bir yaşıl-boz halqa meydana gəlir. Bu da dəmirdən yararlanmağınıza mane olar. Halbuki yumurta dəmir mineralı üçün çox yaxşı bir qaynaqdır.
 
Dəmir əskikliyi olarkən, maddələr mübadiləsi yavaşlayar, halsızlıq, yorğunluq, fokuslanma problemləri, yaddaşda çətinlik, səhər yataqdan çətin qalxma, dərs / iş müvəffəqiyyətinin mənfi təsirlənməsi, saç tökülməsi kimi mənfi əlamətlər ortaya çıxar. Yumurta bunu önləməyə köməkçidir. Kifayət qədər bişmiş lakin boz halqa meydana gəlməmiş yumurta təbii ki.
Yumurtanın ideal istehlak şəkli
 
 "Hər gün ən az 1 ədəd yumurta istehlak edin və ümumi 10 dq bişirin. Ocağınızın gücü və yumurtanın kənd yumurtası  olub / olmamaq vəziyyətinə görə dəyişən nəticələrlə qarşılaşa bilərsiniz.
 Yumurta  ən yaxşı, ən ucuz, ən məşhur istifadə edilən dəmir və zülal qaynaqlarından biridir. Tox tutar. Uşaqlarınız üçün də gündəlik olaraq imtina edilməz qidaların başında gəlir.

OXŞAR XƏBƏRLƏR

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...