“Yüksək Texnologiyalar Parkı”na direktor təyin edildi
17:24 / 16.01.2019
1708
Bu gün Fizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Rəyasət Heyəti iclasda kadr məsələlərini müzakirə edib. Qərara əsasən Səbuhi Qəhrəmanov AMEA-nın "Elm” nəşriyyatının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov "AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru və Rəqsanə Əzizova AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri vəzifələrinə təyin olunublar.