Yük maşını mikroavtobusla toqquşdu - Ölü və yaralılar var

Yük maşını mikroavtobusla toqquşdu -  Ölü və yaralılar var

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabulun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Man" markalı yük maşını hərəkətdə olarkən "Ford" markalı sərnişin daşıyan mikroavtobusla toqquşub.

Sürücülər xəsarətsiz ötüşsə də, "Ford"un salonundakı sərnişinlərdən biri yerindəcə dünyasını dəyişib, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hələlik şəxsiyyəti məlum olmayan meyit "təcili yardım" maşını ilə Şirvan şəhərindəki morqa gətirilib.

Yaralı isə Ələt qəsəbəsindəki xəstəxanaya çatdırılıb. Ölənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. //Report


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...