Cəmİyyət

"Yoxsul əhali əziyyət çəkir, qaz limiti iki dəfə artırılsın" — Deputat kasıb təbəqənin MÜDAFİƏSİNƏ QALXDI

Milli Məclisin deputatı Fazil Mustafa təbii qaza tətbiq edilən limitin (1 700 kub) iki dəfə artırılmasını təklif edib.

Sfera.az "Report”a istinadən xəbər verir ki, o, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

"Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın, ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır”, - deputat əlavə edib.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031