Dünya

Yoxa çıxmış jurnalistlə bağlı daha bir ŞOK İDDİA

Yoxa çıxmış jurnalistlə bağlı daha bir ŞOK İDDİA
Jurnalist Camal Kaşıkçını hiylə yolu Səudiyyə Ərəbistana gətirib həbs etmək əmrini vəliəhd şahzadə Məhəmməd bin Salman şəxsən özü verib.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatındakı mənbələrə istinadən "Washington Post” qəzeti yazıb. Jurnalistin Səudiyyə Ərəbistanına qayıtması halında vəliəhd şahzadə onu mühafizə ilə təmin etmək və yüksək vəzifəyə təyin etmək sözü verib.

"Washington Post” daha əvvəl ABŞ kəşfiyyatının dinləmə yolu ilə Səudiyyə hakimiyyətinin jurnalistin həbsi barədə planından xəbərdar olduğunu yazmışdı.
Türkiyə polisindəki mənbələr Camal Kaşıkçının 2 oktyabrda, yerli vaxtla 13:12-də Səudiyyə Ərəbistanı Baş Konsulluğuna daxil olduğunu, lakin diplomatik missiyadan bir daha çıxmadığını açıqlayıb.

Həmin anda diplomatik missiya əməkdaşlarından başqa daha 15 nəfər səfirlik binasında olub və iki təyyarədə Səudiyyə Ərəbistanına qayıdıblar.
 
Rəsul
Sfera.az


 

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031