Dünya

Yoxa çıxmış jurnalistə görə Səudiyyə Ərəbistanı ilə 1 milyard dollarlıq layihədən imtina etdi

Yoxa çıxmış jurnalistə görə Səudiyyə Ərəbistanı ilə 1 milyard dollarlıq layihədən imtina etdi
"Virgin” şirkətlərinin sahibi ingilis biznesmen Riçard Branson səudiyyəli jurnalist Camal Kaşıkçının yoxa çıxmasına səbəbi ilə Səudiyyə Ərəbistanına qoyduğu investisiyanı kəsdiyini bildirib.

Sfera.az xəbər verir ki, Riçard Branson Səudiyyə Ərəbistanındakı turizm layihəsi direktorluğundan uzaqlaşdığını, "Virgin”in kosmos layihələri ilə bağlı Səudiyyə rəsmiləri ilə apardığı danışıqları dayandırdığını bildirib.

Qeyd edək ki, "Virgin Galactic” və "Virgin Orbit” şirkətləri Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu ilə 1 milyard dollarlıq layihə ilə bağlı danışıqlar aparırdı.

"İndiki Səudiyyə hökumətinə çox ümid bəsləyirdim” deyən Branson Səudiyyə hökumətindən açıqlama tələb edib:

"Ancaq Səudiyyə Ərəbsitan dövlətinin bir vətəndaşının yoxa çıxması ilə bağlı xəbərləri narahat edicidir. Kaşıkçının yoxa çıxması ilə bağlı ortaya çıxan xəbərlərin doğruluğunun sübut olunması, şübhəsiz biz qərblilərin Səudiyyə hökuməti ilə biznes fəaliyyətini dəyişdirəcək”.
 
Rəsul
Sfera.az
 




 
AdRiver

XƏBƏR LENTİ