\"Yox\" cavabı aldığı üçün modelin üzünə kislota tökdü - FOTO

\
Türkiyənin Hatay vilayətində dostluq təklifini qəbul etmədiyi şəxs 17 yaşlı tanınmış model Berfin Özekin üzünə kislota atıb. 

Hadisə 15 yanvarda küçədə baş verib. 

Çevrədəki vətədaşlar təcili yardım çağıraraq qızı xəstəxanaya aparıblar. Reanimasiyada olan qızın bir gözü kor olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Turşunun təsirindən qızın paltarı da əriyib.

Şübhəli artıq saxlanılıb.

Qızın üzündə estetik əməliyyat aparılacağı deyilir.


OXŞAR XƏBƏRLƏR