Texnologİya

“YouTube”da qəza baş verdi

“YouTube”da qəza baş verdi
"YouTube” videohostinqinin bir sıra ölkələrdən olan istifadəçiləri problemlə qarşılaşıblar.

Populyar internet resurslarda qəzaları və uğursuzluqları müşahidə etməklə məşğul olan "Downdetector” saytından alınan məlumatlar bunu sübut edir.

Qəza Bakı vaxtilə saat 08:30-da başlayıb. Servisin istifadəçiləri daha çox video yayımında çətinliklər yaşayıblar (66%). Daha 21%-i saytın yanlış işlədiyini bildiriblər. Bundan əlavə, istifadəçilərin 12%-i hesablarına daxil ola bilməyib.

Videohostinqin işində problemlə Rusiya, ABŞ, Ukrayna, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, Bolqarıstan və Rumıniya sakinləri qarşılaşıblar.

Qeyd edək ki, "YouTube”un işində bundan öncəki kütləvi uğursuzluq fevral ayında baş verib.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031