Youtube-da 50 milyon baxış toplayan azərbaycanlı qardaşlar - Video

Youtube-da 50 milyon baxış toplayan azərbaycanlı qardaşlar - Video

Rusiyanın İjevsk şəhərindən olan azərbaycanlı əkiz qardaşların "Uşaqlıq" ("Детство") klipi son bir ay ərzində Youtube-un trendləri sırasına çıxıb. Təxminən 50 milyon baxış toplayan klip populyarlığına görə dinləyicilərin böyük diqqətini qazanıb.

 

Rauf & Faiq adlanan məşhur qrup dekabrın 25-də Bakıda Electra Events Hall-da konsert verib.

 

Qrupun bütün çıxışları böyük uğurla keçirilir və çoxsaylı tamaşaçıların gur alqışları ilə qarşılanır. 19 yaşlı, istedadlı əkizlər hər şeyə öz gücləri ilə nail olublar. Onlar öz mahnılarının, musiqi və kliplərin süjetlərinin müəllifləridır və prodüsersiz hər şeyin öhdəsindən gələ bilirlər.

 

"Ən əsası yazdığımız musiqidir və biz özümüz yazıb, özümüz prodüserlik edirik, ona görə bizə heç kim lazım deyil" Faiq və Rauf Mirzəyevlər bildiriblər. Gənclərin "Körpülər" mahnısı isə bir az öncəRusiyada Itunes-da "Həftənin ən yaxşısı" kimi pleylistə daxil olub.

 

Qeyd еdək ki, Rauf & Faiq əslən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Füzuli rayonundandırlar. Mirzəyev qardaşları 1999-cu ildə İjevskdə anadan olublar. Onların ana tərəfdən babası opera müğənnisi olub və Bakıda opera teatrının direktoru idi. Buna görə demək olar ki, istedad nəsildən nəsilə ötürülüb. Musiqi ilə uşaqlıqdan maraqlanıblar - əvvəlcə Uşaq İncəsənət Evində vokal dərsləri alıblar, sonra isə "Göyqurşağından yuxarı" estrada studiyasında məşğul olublar. Onlar studiya ilə birlikdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Estoniya, Finlandiya, İsveç və Sankt-Peterburqda konsertlər veriblər.

 

Mirzəyev qardaşları yaradıcı fəaliyyət göstərməklə yanaşı, həm də Moskva Maliyyə-Sənaye Universitetinin ikinci kursunda təhsil alırlar.




OXŞAR XƏBƏRLƏR