Yoqa edirdi, 6-cı mərtəbədən yıxıldı

Yoqa edirdi, 6-cı mərtəbədən yıxıldı
Meksikada evinin eyvanında yoqa ilə məşğul olan qadın yerə yıxılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nuevo Leon şəhərində baş verib.
23 yaşlı universitet tələbəsi olan Aleksa Terrazas 6-cı mərtəbədə olan evinin eyvanında yoqa ilə məşğul olan zaman tarazlığını itirərək yerə yıxılıb. 24 metrdən yıxılaraq ağır xəsarətlər alan alan qadın dərhal xəstəxanaya çatdırılıb.
Həkimlər 11 saatlıq əməliyyatdan sonra onun 3 il ərzində yeriyə bilməyəcəyini bildiriblər.

OXŞAR XƏBƏRLƏR