Yolun ortasında can verdi - VİDEO

Yolun ortasında can verdi - VİDEO

3 gün əvvəl Bakı şəhər Qaradağ rayonu ərazisində baş vermiş ağır yol qəzasının videosu yayılıb.

Sfera.az Publika.az-a istinadən xəbər verir ki, Bakı-Ələt magistral yolunun Sahil qəsəbəsindən keçən hissəsində minik avtomobili yolu keçməyə çalışan orta yaşlı kişini vurub. Ağır xəsarət alan şəxs hadisə yerində vəfat edib.

Bildirilir ki, qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşsa da, sonradan onun kimliyi müəyyənləşib.



OXŞAR XƏBƏRLƏR