Yollarda şütüyən \"metal yığını\": köhnə avtomobillər təhlükə yaradır

Yollarda şütüyən \
 

"Korroziyaya uğramış, işıq cihazları nasaz vəziyyətdə olan avtomobillərin idarə edilməsi günün istənilən vaxtında təhlükəlidir və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər"


Dövlət nömrə nişanı yox, heç bir standartlara uyğun deyil, amma magistral yollarda hərəkət edərək təhlükə yaradırlar. Söhbət köhnə avtomobillər, o cümlədən metal daşıyan maşınlardan gedir. Çox vaxt şüşələri, hətta bəzən qapısı belə olmadan bu avtomobillər idarə olunur. Özü ilə bərabər üzərində metal daşıyır. Təbii ki, bu digər yol hərəkəti iştirakçıları üçün potensial təhlükədir.

Kimsə çörək pulu qazanacaq deyə başqaları ölməlidir?

 

 

Bu cür avtomobilləri nəinki mərkəzi, heç mərkəzdən kənar küçələrə də buraxmaq olmaz. Təsəvvür edin ki, heç bir texniki göstəriciləri olmayan bu maşınlar nə dərəcədə təhlükəlidir. Dəfələrlə yol qəzalarında məhz belə maşınlar səbəb olub. Yüksək sürətlə getdiyin yerdə qarşında sanki metaldan bir təpə qəfil dayanır. Nəticədə ölümlə sonlanan qəzalar baş verir.

Bəziləri deyir ki, kasıb adamlardır, çörək pulu qazanır. Amma düşünürəm ki, bu işlə məşğul olan şəbəkə var ki, məhz elə belə maşınlardan istifadə edirlər. İndi kimsə çörək pulu qazanacaq deyə, başqaları ölməlidir?

 

Çox vaxt işıq cihazları ümumiyyətlə olmayan bu maşınlar gecə saatlarında xüsusilə təhlükəlidir. Yolların işıqlandırma problemi onsuz da var. Bir tərəfdən də bu cür maşınlar gecələr də yola çıxır. Düşünürlər ki, həmin vaxt yol polisi onları görməyəcək və saxlamayacaq. Amma elə bil "kamikadze" kimi sürücüləri öldürmək üçün qəsdən yola çıxırlar. Buna qarşı ciddi tədbirlər görülməlidir. 

 

Avtosfer.az-ın məlumatına görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "MediaPost"-a bildirib ki, istismara yararsız, texniki cəhətdən nasaz avtomobillər yol hərəkətində istifadə edilə bilməz. "Bu tipli avtomobillər texniki baxışdan keçirilmir. Amma bu cür nəqliyyat vasitələri ilə bəzi sürücülər "çörək pulu qazanmaq" adı ilə yüklər daşıyır. Bununla da həm də yükdaşıma qaydalarını pozmuş olurlar. Korroziyaya uğramış, işıq cihazları nasaz vəziyyətdə olan avtomobillərin idarə edilməsi günün istənilən vaxtında təhlükəlidir və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Dövlət Yol Polisi dəfələrlə avtomobil sürücülərinə müraciət edərək müdaxilə olunmadan özləri həmin nəqliyyat vasitələrini utilizasiya etsinlər. Çünki turizmin inkişafı üçün bu qədər vəsait qoyulub. Ölkəmizə gələn turistlərin sayı hər gün artır. Brend avtomobillər ilə yanaşı bu cür maşınların görünməsi xoş təəssürat yaratmır."


Vaqif Əsədov bildirib ki, ötən illərlə müqayisədə bu cür avtomobillərin paytaxtın mərkəzi küçələrində görünməsi halları azalıb. "Yol polisinin müraciətləri, görülmüş tədbirlər nəticəsində artıq şəhərin mərkəzində bu cür avtomobillərin sayı azalıb. Amma təəssüf olsun ki, şəhərdən kənar ərazilərdə, şəhərkənarı magistral yollarda onlara rast gəlinir. Qanunvericiliklə bu cür maşınlar istifadə edilməməlidir."


OXŞAR XƏBƏRLƏR

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...