Yollar boş, maşın yox, tıxac nədir bilmirlər: Qadınlar bu qəribə ölkədə yol hərəkətini tənzimləyir- İLGİNC FOTOLAR
Şimali Koreya son günlərin ən aktual mövzularından biridir. Bu ölkə indi ABŞ-la müharibəyə hazırlığına dair xəbərlərlə gündəmə gəlir.
Ölkənin qurucusu olan Kim İrın 105-ci doğum günü münasibətilə keçirilən mərasimlərdə iştirak edən bir çox əcnəbi müxbirlər ölkə haqında ilginc məlumatlar paylaşır.
Bu sırada Şimalı Koreyanın az bilinən qadın polisləri haqqında da ilginc məlumatlar var. Onlar mavi-ağ rəngli uniforma geyinir və ölkənin simvollarından hesab olunurlar. İşləri yollarda dayanmaq və yol hərəkətini tənzimləməkdir. Burda ilk baxışda qəribə heç nə yoxdur.
Əslində isə hər şey çox qəribədir. Çünki Şimali Koreya çox məhdud sayda avtomobilin olduğu ölkədir. Burda yollarda ara-sıra maşın görmək olar, tıxacdan isə ümumiyyətlə, danışmağa dəyməz. Bu ölkədə tıxacın nə olduğunu bimirlər. Küçələrdə svetaforlar nadir hallarda qoyulub. Ancaq yüksək vəzifəli məmurlara və ordu təmsilçilərinə maşından istifadəyə icazə verilir. (cəhbə.info)