Yol Xəritəsi: ən aşağı icra bu sahədədir

Yol Xəritəsi: ən aşağı icra bu sahədədir
Bu yaxınlarda Strateji Yol Xəritəsinin icra vəziyyətinin monitorinqinin nəticələri açıqlanıb.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Strateji Yol Xəritəsinin nəticələrinə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, nəticələrdən 12 Yol Xəritəsinin ən aşağı icra vəziyyəti olan sahəsinin Telekommunikasiya və İT ilə əlaqəli istiqamət olduğu məlum olub:

"Yol Xəritəsində İKT ilə əlaqəli işlərin görülməsinə məsul qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Monitorinqin nəticələrinə görə, bu sahədə nəzərdə tutulan işlərin cəmi 9% -i icra olunub. Düşünürəm ki, nəticələr reallığı tam əks etdirir. Yol Xəritəsində xeyli işlər var ki, hələlik, heç bir səs-soraq yoxdur”.

O.Gündüz qeyd edib ki, müstəqil tənzimləyici qurumun - Milli Telekommunikasiya Şurasının yaradılması, İKT bazarının liberallaşdırılması ilə bağlı indiyədək hər hansı rəsmi açıqlama yoxdur:

"Yol Xəritəsində elektron hökumət quruculuğunda yeni mərhələnin – mobil hökumətin (mGov) formalaşması məqsədilə yeni konsepsiyanın yaradılması nəzərdə tutulub ki, indiyədək bu yöndə heç bir irəliləyiş his olunmur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin yarımillik qiymətləndirmə və monitorinq hesabatı açıqlanıb. Hesabatda 2017-ci ilin ilk altı ayı ərzində "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanıb və 59 faizinin icrası üzrə işlərə başlanılıb.

Çinarə Məmmədova

Sfera.az


OXŞAR XƏBƏRLƏR