Hadİsə

Yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum oldu

Yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum oldu
Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub.

Sfera.az bildirir ki, Bərdə Rayon Prokurorluğundan "Report”un Qarabağ bürosuna verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub.

Hazırda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Eyni zamanda "Mercedes” markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.
 

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031