Yol polisinin “BMW-320”-ləri satışa çıxarılır – Qiymətlər 5200 manatdan başlayır

Yol polisinin “BMW-320”-ləri satışa çıxarılır – Qiymətlər 5200 manatdan başlayır

 Fevral ayının 13-də hərraca çıxarılan avtomobillər açıqlanıb.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, növbəti əmlak hərracında dövlət qurumlarına aid 11 avtomobil iştirak edəcək. Avtomobillərdən 7-si Daxili İşlər Nazirliyinə aid 2007-ci il model "BMW-320” avtomobilləridir. Başlanğıc qiymət 5200 manatdan başlayır. 2 "QAZ-31105” avtomobili hərraca 1800 manat başlanğıc qiymətlə çıxarılacaq. Bundan əlavə, Nazirliyinə aid Mercedes Benz Deimler mikroavtobusunun ilkin hərrac qiyməti 1500 manat, "Azəralüminium” ASC-yə aid PAZ-4234 avtomobilin qiyməti isə 6300 manatdan başlayır. Daha ətraflı məlumat əldə etmək istəyənlər bu linkə daxil ola bilərlər.
 
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---