Yol polisindən sürücülərə növbəti xəbərdarlıq

Yol polisindən sürücülərə növbəti xəbərdarlıq

Noyabrın 16-dan etibarən yol polisi əməkdaşlarının keçirdiyi reydlər nəticəsində avtomobilinin şüşələrinə pərdə və jaluz çəkərək idarə edən 150-dən artıq sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib.

Sfera.az xəbər verir ki, bunu AzVision.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu il cərimələnənlərin sayında azalma var.

Bölmə rəisi qeyd edib ki, 30-a yaxın şikayət də daxil olub. V.Əsədov növbəti dəfə sürücülərə xəbərdarlıq edib: "Saxlanılanlar arasında "məlumatsızam”, "yadımdan çıxıb” deyənlər çoxdur. Bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm ki, söylənilən bu ifadələr sürücüləri məsuliyyətdən azad etmir”.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun bu tələbini pozan sürücülər 150 manat məbləğində cərimə ediləcəklər

Pərdə və plyonkaların istifadəsinə may ayının 1-dən noyabr ayının 15-ə qədər icazə verilir.


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...