Yol polisindən ŞAD XƏBƏR: 40 manatlıq cərimə bağışlandı

Yol polisindən ŞAD XƏBƏR: 40 manatlıq cərimə bağışlandı
 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sarı zolaq qadağası ilə bağlı sürücülərə güzəşt edib. 

Sfera.az Avtosfer.az-a istinadla xəbər verir ki, Bakı-2019 - XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq iyulun 20-dən tətbiq olunan sarı zolaq qadağası artıq başa çatıb. Bakının bəzi küçə və prospektlərində qoyulan sarı zolaq qadağası bir çoxlarına narahat edirdi.

İndiyədək heç kim cərimə bildirişi almadığı üçün yol polisi tərəfindən cərimə yazılıb-yazılmaması sual doğururdu. Nəhayət, bu gün məlum olub ki, yol polisi yarış günlərində sarı zolağa daxil olan sürücülərə güzəşt edib və heç bir sürücüyə cərimə yazılmayıb, elektron qərar tətbiq edilməyib. Bunu

Açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da təsdiq edib. Lakin o bildirib ki, cərimə olunan bir neçə sürücü var, amma onların sayı kifayət qədər azdır:

"Yol polisi yarışların təhlükəsiz, rahat keçməsini, sürücülərimizin isə sarı zolaq qadağasına əməl edərək həmrəylik nümayiş etdirməsini nəzərə alaraq onlara elektron qərar tətbiq etməyəcək. Yalnız bir neçə sürücü cərimə olunub ki, onlar da idmançılar patrul maşını ilə müşaiyət olunarkən kobud şəkildə avtomobil karvanının qarşısına çıxanlar, onlara yol verməyənlər, yəni, sarı zolağı boşaltmayan sürücülərdir”.

Yol polisi sarı zolağa daxil olan sürücülərin sayının az olduğunu bəyan edib. Vaqif Əsədov bildirib ki, əvvəlki illərin təcrübəsi özünü bir daha göstərdi:

"Yol polisi olaraq sürücülərimizə təşəkkür edirik ki, həmrəylik göstərdilər və qaydaları pozmadılar. Müəyyən səbəblərdən qayda pozanları isə biz bağışladıq. Bir daha deyirəm, sarı zolağa daxil olduğu üçün çox az sürücüyə cərimə tətbiq edilib”. 


OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...