Hadİsə

Yol polisi reydlərə başladı: üç gündə 250 sürücü cərimələndi - VİDEO

Yol polisi reydlərə başladı: üç gündə 250 sürücü cərimələndi - VİDEO
''Təmiz hava'' aylığı ilə əlaqədar yol polisi üç gündür reydlərə başlayıb. Reyddə əsas məqsəd avtomobillərindən çıxan zəhərli maddələrlə havanın çirklənməsinin qarşısını almaqdır.

Sfera.az "Xəzər TV"yə istinadən xəbər verir ki, səhər saatlarından etibarən paytaxtın şimal girişində Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji nəzarət postunda avtomobillər yoxlanılıb. İlk olaraq ''Jiquli'' markalı avtomobil saxlanılıb. Avtomobilin havaya buraxdığı qazın faizi ölçülüb.

Qeyd edək ki, minik avtomobillərində bu göstərici 3,5 faizə qədər, yük avtomobillərində isə 2 faizə qədər olmalıdır.

Reyd zamanı maraqlı faktlar da üzə çıxıb. Məlum olub ki, sürücülərdən biri cərimələnməmək üçün avtomobilin mühərrikində dəyşiklik edib.

Amma bir çox sürücü məhz texniki baxışdan dərhal sonra bu cür reydlərin keçirilməsini düzgün hesab etmir. Onlar yol polisinin müayinə mərkəzindən may ayından keçdiklərini deyirlər.

Ekoloji nəzərət postunun baş inspektoru Murad Mustafayevin sözlərinə görə, ekologiyanı çirkləndirənlərin çoxu ili köhnə olan avtomobillərdir. Buna görə də son üç gündə 250 sürücü cərimə edilib.

Murad Mustafayev sürücülərin iddialarına da cavab verib.

Qeyd edək ki, günün birinci yarısına qədər normadan artıq atmosferə qaz buraxan təxminən 15 avtomobil sahibi barəsində elektron protokol tərtib edilməklə 50 manat məbləğində cərimə olunublar. Reydlər ayın 31-dək davam edəcək.


AdRiver
loading...

XƏBƏR LENTİ