Hadİsə

Yol polisi qayda pozan sürücünü haqlı saxladı – Amma cərimə yaza bilmədi – VİDEO

Yol polisi qayda pozan sürücünü haqlı saxladı – Amma cərimə yaza bilmədi – VİDEO
 Yol polisinə "qabqadangəlmişlik” edən sürücü məsuliyyətdən yayına bilib


Bakıda qayda pozan sürücü pozduğu qaydanı boynuna almayaraq polisi haqsız çıxarmağa çalışıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, Mirzağa Əliyev küçəsi ilə hərəkətdə olan Mahir Quliyev adlı sürücü Bülbül prospekti ilə kəsişmədə quraşdırılmış 2.5 – Stop nişanında dayanmadan hərəkət edib. O, sağa Bülbül prospektinə döndükdən sonra YPX əməkdaşı tərəfindən dayandırılıb və pozduğu yol hərəkəti qaydası izah olunub. Lakin sürücü qayda pozmadığını iddia edərək məsuliyyətdən yayına bilib.

2.5 - Stop nişanı dayanmadan keçməyi qadağan edir. Yəni sürücü avtomobili tam hərəkətsiz vəziyyətə gətirdikdən sonra yenidən hərəkətə başlamalı idi. Amma avtomobildə quraşdırılmış videoqeydiyyatçının görüntülərindən də aydın şəkildə görünür ki, avtomobil tam dayanmır. 

Bu məsələdə polisin də sözlərində yanlışlıq var. O, sürücüdən kameranın söndürülməsini əsassız olaraq tələb edir. Polisin, o cümlədən digər dövlət qurumlardakı şəxslərin videoya çəkilməsi qanunvericilyə zidd deyil.

 aftosifer.az

 
AdRiver
loading...

XƏBƏR LENTİ