Yol polisi ilə sürücü arasında mübahisə: Onlar bir-birini ittiham edir - VİDEO

Yol polisi ilə sürücü arasında mübahisə: Onlar bir-birini ittiham edir - VİDEO
Cəriməni yerində ödədiyi halda maşını yenə cərimə meydançasına aparılan sürücü ilə yol polisi arasında mübahisə yaşanıb. Hadisə Binəqədi yol polis əməkdaşları ilə Murad Cavadzadə adlı avtomobil sahibi arasında olub. "Xəzər Xəbər” hadisənin təfərrüatlarını araşdırıb. Həm yol polisi, həm də hadisənin iştirakçısı olan maşının sahibi baş verənləri "Xəzər Xəbər”ə danışıblar.
Avtomobil sahibi cəriməni yerində ödədiyini desə də, yol polisinin onun avtomobilini yenə cərimə meydançasına aparmaq göstərişindən narazıdır. Mübahisəli hadisəMurad Cavadzadə adlı vətəndaşla Binəqədi rayonunda xidmət aparan yol polisləri arasında olub.
Məsələ ilə bağlı avtomobilin sahibi olan Murad Cavadzadə ilə əlaqə saxladıq. O bildirir ki, Dərnəgül şosesinin yaxınlığında yol polisi onun 3 ödənməmiş cəriməsi olduğuna görə saxlayıb və maşının cərimə meydançasına aparılacağını bildirib. Cərimə meydançasında isə yol polisi deyib ki cərimələri indi ödəsəz maşını buraxacıq. Ancaq Murad Cavadzadə dostu ilə birlikdə cəriməni ödəyib əraziyə bankdan aldıqları çeklə gəlsələr də yol polis avtomobilin yenidən duracağa qoyulacağını bildirib. Bu zaman Murad Cavadzadə polisin qərarı ilə razılaşmayıb və mübahisə yarandığı üçün əraziyə post patrul xidməti əməkdaşları cəlb olunub. Vətəndaş isə daxili işlər nazirliyinin 102 xidmətinə zəng edərək vəziyyət barədə məlumat verib.
Daha sonra 102 xidmətindən gələn polislərlə Nərimanovda 17-ci polis bölməsinə gedərək Murad Cavadzadə ifadə verib və avtomobilini də götürüb maşını dayanacağa qoyulmadan evə gedib.
Məsələ ilə bağlı münasibət bildirənBakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovla hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.


OXŞAR XƏBƏRLƏR