Cəmİyyət

Yol Polisi əhali ilə görüşlərə başladı

Yol Polisi əhali ilə görüşlərə başladı
 Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ölkənin magistral yollarına yaxın ərazilərdə yaşayan vətəndaşlarla görüşlər keçirilir.
         
Sfera.az Modern.az-a istinadla xəbər verir ki, insan tələfatı ilə nəticələnə biləcək ağır yol qəzalarının qarşısının alınması məqsədilə keçirilən tədbirlərdə BDYPİ əməkdaşları hərəkət iştirakçıları, xüsusilə piyadalarla, mal-qara ötürənlərlə, kənd təsərrüfatı texnikalarından istifadə edənlərlə və yol kənarlarında ticarətlə məşğul olanlarla izahedici söhbətlər aparıblar
         
Təhlükəsizliyin təmin edilməsi ilə bağlı əhali arasında təbliğat və təşviqat, maarifləndirmə xarakteri daşıyan belə tədbirlər artıq respublikanın Gəncə, Şəki, Balakən, İsmayıllı, Qəbələ, Salyan şəhər və rayonlarında keçirilib.
     
Görüşlərdə baş vermis yol nəqliyyat hadisələrinin geniş və hərtərəfli təhlilinin aparıldığı, hadisələrin baş vermə səbəbləri və onların aradan qaldırılması yollarının müzakirə edildiyi, baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyi qeyd olunub
         
Bildirilib ki, yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün hər kəs məsuliyyətini dərk etməli, piyadalar yalnız müəyyən edilmiş yerlərdən istifadə etməli, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına məsuliyyətlə yanaşmalı, vətəndaşlar ailədə, məktəbdə, iş yerlərində bununla bağlı fərdi söhbətlər aparmalıdırlar. 
       
Mal-qaranın nəzarətsiz olaraq yola çıxmasına görə birbaşa onların sahiblərinin  məsuliyyət daşıdığı izah edilib, yol kənarlarında hər hansı ticarətlə məşğul olmaqla həm sağlamlıqlarını, həm də satdıqları əmlakı təhlükə altına qoymaları bir daha onların diqqətinə çatdırılıb.
         
Görüşlərdə vətəndaşları maraqlandıran suallar cavablandırılıb, həmçinin çıxış edən sakinlərin təklifləri BDYPİ rəhbərliyinə də təqdim edilib.
        
İctimaiyyət nümayəndələri görüşlərin təşkil olunmasına görə DİN rəhbərliyinə minnətdarlıq ediblər.
Qeyd edək ki, belə görüşlər respublikanın digər bölgələrində də keçirilir.
AdRiver

XƏBƏR LENTİ