“Yol-hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq” adlı Dəyirmi Masa təşkil olunub

“Yol-hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq” adlı Dəyirmi Masa təşkil olunub
«Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nda nəzərdə tutulan hədəflərə çatmaq üçün vətəndaş cəmiyyəti institutlarının dövlət və hökumət qurumları ilə birgə apardıqları təbliğat-təşviqat və maarifləndirmə işləri davam etdirilir.
Belə ki, Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 14 May 2019-cu il tarixində, ADA universitetində "BMT-nin Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi”nə həsr olunmuş "Yol-hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq” adlı Dəyirmi Masa təşkil edib. Tədbirdə, sözügedən "Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq, cəmiyyətin maarifləndirilməsində kütləvi informasiya vasitələrinin, hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti və rolu ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub. 
Dəyirmi Masada Ombudsman Aparatının, Azərbaycan Respublikasının Daxili İşlər, Təhsil və Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Bakı Nəqliyyat Agentliyinin, BMT, UNICEF, WHO, Qızıl Aypara Cəmiyyətinin və yerli QHT-lərin nümayəndələri iştirak edib. 
 
YHT dair 2019-2023-cü illər üçün Dövlət Proqramı hüquqşunas, YHT üzrə ekspert Ərşad Hüseynovun təqdimatında tədbir iştirakçılarının diqqətinə çatdırıldıqdan sonra, spiker qismində çıxış edən DİN-in BDYPİ-nin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev, Qızıl Aypara Cəmiyyətinin, BMT-nin, İSİM-in tədbirdə iştirak edən nümayəndələri - Leyla Qurbanova, Şəhla Mirzəzadə, Səbinə Məhbubi-İran Dövlət Proqramının səmərəli icrası üçün əməkdaşlıq yolları, yol hərəkəti təhlükəsizliyi sahəsində beynəlxalq və milli səviyyədə mövcud vəziyyət, bu sahədə mövcud problem və nailiyyətlər, məlumatların cəmiyyətə düzgün ötürülməsi yolları və sair aidiyyəti mövzular üzrə çıxışlar etmişlər. 
 
Dövlət qurumları tərəfindən həyata keçirilən sosial-inzibati tədbirlərlə yanaşı yol hərəkəti təhlükəsizliyinin təbliğində ictimai iştirakçılığın böyük əhəmiyyət kəsb etdiyini qeyd edən natiqlər, cəmiyyətin bütün sferalarında bu sahədə aktiv təbliğat-təşviqat işinin aparılmasına ciddi ehtiyac duyulduğunu diqqətə çatdırmışlar. 
 
Səmimi və geniş diskusiya şəraitində keçən görüşdə sosial çarx nümayiş olunmuş məlumatların daha yaddaqalan və təsirli olması üçün əyani vasitələrdən istifadə edilmişdir. 


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...