Yığmanın üzvü bu səbəbə görə karyerasını bitirdi

Yığmanın üzvü bu səbəbə görə karyerasını bitirdi
 

İtaliya millisinin sabiq üzvü Rikardo Motolivo karyerasını bitirib.

 

Sfera.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi klubsuz qaldığı üçün bu qərarı verib. O, 7 il oynadığı "Milan"da hörmətsizlik gördüyünü deyib:

 

"Karyeramı bitirsəm də, Milanda yaşayacam. "Milan” məni bu qərarı verməyə vadar elədi. 7 ildən sonra azarkeşlərlə vidalaşa bilmədim. Mənə qarşı biganəlik, hörmətsizlik futbola olan ehtirasımı öldürdü. Heç kim mənimlə maraqlanmadı. zəng etmədi, danışıq aparmadı".

 

Montolivo 2012-2019-cu illərdə "Milan"da çıxış edib. O, daha öncə "Atalanta" və "Fiorentina"nın üzvü olub. Futbolçu İtaliya millisində 66 oyuna 2 qol vurmuşdu.


OXŞAR XƏBƏRLƏR