Yevgeni Mixaylov: \"Azərbaycan lideri Aşqabadda Ermənistanın hazırkı siyasətini mühakimə edən bütün MDB ölkələrinin mövqeyini səsləndirdi\"

Yevgeni Mixaylov: \

"Ermənistan səylə nasizmin qəhrəmanlaşdırılmasını təbliğ edir. Bu ölkənin Baş naziri N.Paşinyanın Aşqabad sammitində dedikləri heç bir məntiqə sığmır. Onun Njdenin qəhrəmanlığı barədə bəyanatları tamamilə destruktivdir və ilk növbədə Ermənistanın təhlükəsizliyinin qarantı olan Rusiyanın dəstəklədiyi nasizmin qəhrəmanlaşdırılması ilə mübarizə strategiyasına ziddir".

Sfera.az xəbər verir ki, bunu trend-ə rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.

Ekspertin fikrincə, bununla da N.Paşinyan nəticələri nəzərə almadan növbəti dəfə Moskvanın bostanına daş atıb:

"Amma, Paşinyan böyük səhv edir. Rusiyanın gec reaksiya verməsi və hələ də heç bir irad bildirməməsi heç nəyi ifadə etmir. Hələlik, Moskva Ermənistanın yeni hakimiyyətini ağıllandırmağa çalışır, bunun üçün son ümidlər də itsə, fikrimcə, daha kəskin addımlar atılacaq".

Y.Mixaylov hesab edir ki, Yerevan indiki hökumət zamanında faşizmin qəhrəmanlaşdırılması kursunu götürüb:

"Əks təqdirdə, onun SS legionuna rəhbərlik etmiş, üçüncü reyxin əlaltısı Qaregin Njde barədə xüsusi fikri izahedilməzdir. Elə alınır ki, bu ölkə həm də faşizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə çağıran müraciətə imzasını qoymalıdır. Hesab edirəm ki, Azərbaycan lideri Aşqabad sammitindəki bəyanatında əvvəllər SSRİ-nin tərkibində olmuş və indi Ermənistanın hazırkı siyasətini mühakimə edən bütün MDB ölkələrinin mövqeyini səsləndirib".



OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...