Yevda Abramov Milli Məclisin iclasına qatıldı

Yevda Abramov Milli Məclisin iclasına qatıldı
Bir neçə aylıq fasilədən sonra Milli Məclisin deputatı Yevda Abramov parlamentin bu gün keçirilən plenar iclasına qatılıb.

Sfera.az xəbər verir ki, deputat jurnalistlərlə söhbəti zamanı sağlıq durumunun normal vəziyyətdə olduğunu bildirib.

Xatırladaq ki, Yevda Abramov ötən il dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub.

Daha sonra isə yenidən səhhətində problem yaranan Yevda Abramov təcili olaraq İsraildəki xəstəxanalardan birinə yerləşdirilmişdi.

Orxan Bəşirov



OXŞAR XƏBƏRLƏR