“Yetimxana uşağı, şaxtada fəhlə, “moşennik”... – Keçid dövrünün “üzünə güldüyü” milyarderlər

“Yetimxana uşağı, şaxtada fəhlə, “moşennik”... – Keçid dövrünün “üzünə güldüyü” milyarderlər
Rusiya Federasiyasının öz müstəqilliyini elan etməsindən 27 il ötür. Ötən əsrin 80-ci illərinin sonlarından başlayan xalqların müstəqillik hərəkatları 1991-ci ilin bu günündə Rusiyanın özünü müstəqil elan etməsi ilə məntiqi yekuna çatdı və nəhəng sovet imperiyası dağıldı.

Dünyanın ən böyük dövləti olan – SSRİ-nin süqutu postsovet məkanına daxil olan ölkələrin həyatında canlanma yaratdı. Heç şübhəsiz bu canlanma SSR-nin mərkəzi sayılan Rusiyadan da yan keçmədi. Sosializmdən kapitalizmə keçid dövrü yaşayan bu böyük dövlətdə onmilərlə insan qısa müddətə varlanaraq, milyonçuya çevrildi. Onların arasında milyarderlər, dünyanın ən zəngin iş adamları da var. Təsadüfi deyil ki, məşhur "Forbes” jurnalının hazırladığı siyahılarda da Rusiyalı milyarderlər çoxluq təşkil edir.

Sfera.az bildirir ki, Azxeber.com2018-ci ilin nəticələrinə görə, Rusiyanın ən zəngin adamlarının keçdiyi həyat yolunu araşdırıb.

Rusiyanın ən zəngin adamı titulunu qazanan 62 yaşlı Vladimir Lisin əmək fəaliyyətinə kömür şaxtasında fəhlə kimi başlayıb. Daha sonra Sibirdə poladəritmə zavodunda mexanik işləyib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra isə rəisi Metallurgiya naziri təyin edildiyi üçün Moskvaya yollanıb. 
 

 

Lisin paytaxtda Rusiya poladı və alüminium ixracatı bazarında üstün mövqe tutan "Trans-World Group” şirkətində işə düzəlib. 2000-ci ildə indi ölkədə ən böyük sayılan Novolipetsk metallurgiya kombinatı səhmlərinin nəzarət paketini alıb. İlk dəfə biznesə başlayanda əlində cəmi 7500 ABŞ dolları pulu olub. Hazırda "Novolipetsk Steel”in sahibi olan V.Lisin "Forbes” jurnalının hesablamalarına görə, 20 milyard dollar sərvətə malikdir.

Rusiyanın ən zəngin adamları siyahısında ikinci yerdə gələn 65 yaşlı Əlişir Usmanov nə qədər qəribə olsa da, 46 yaşına qədər kasıb həyatı yaşayıb. Özbək əsilli biznesmen zorlama və dələduzluq üstündə həbsdə də yatıb. 1997-ci ildə bank sektoruna keçid edib və böyük uğurlar qazanıb.
 

 

2000-ci ildə "Qazprominvestxoldinq” in direktor müavini təyin edilən Ə.Usmanov "qəpik-qəpik” kapitalını artırır və bu o qədər sürətlə baş verir ki, qısa müddətə milyonçuya çevrilir. 2007-ci ildə Londonun "Arsenal” klubunun sahibi olan "Red and White Holding” kompaniyasının 150 milyonluq səhmlərinə yiyələnir. Hazırda Rusiyanın ən böyük polad şirkətinin sahibi olan Ə.Usmanov "Forbes” jurnalının hesablamalarına görə, 19 milyard dollar sərvətə malikdir. 

Rusiyanın ən zəngin adamları siyahısında üçüncü yerdə gələn 53 yaşlı Aleksey Mordaşovun əsas məqsədi alim olmaq, elmi kəşflər etmək olub. İnsitutu bitirəndən sonra hətta bir müddət ali məktəbdə müəllim də işləyib. Lakin yaşadığı maddi problemlər onu bu sahədən uzaqlaşmağa təhrik edib. Çeropeveç metallurgiya kombinatında iqtisadçı kimi fəaliyyətə başlayan Mordaşov özəlləşmə dalğasından böyük qazancla çıxa bilib.
 

 

İşlədiyi zavodun rəhbəri maliyyə direktoru olaraq müəssisənin özəlləşdirmədə iştirakını təmin etməyi ona həvalə edir. O isə nəinki özəlləşdirməyə qatılır, həmin rəhbəri istefaya göndərib, yerində əyləşir. 27 yaşlı Aleksey Mordaşov  əvvəlcə "Severstal-invest” törəmə şirkətini yaradır. Hazırda o, "Severstal” şirkətinin sahibidir, eyni zamanda "Rosiyya bank”ın sahibidir. A. Mordaşov  "Forbes” jurnalının hesablamalarına görə, 18 milyard dollar sərvətə malikdir. 

Rusiyanın ən zəngin adamları siyahısında dördüncü yerdə gələn 54 yaşlı Leonid MixelsonDağıstanda anadan olsa da, uşaq olarkən valideynləri ilə birgə Novokuybışevskiyə köçür. Atası həmin şəhərdə böyük bir zavoda rəhbərlik edir. Məhz elə bu səbəbəbdən də Leonid neft sənayəesinə üz tutur.
 

 

22 yaşında atası qəflətən vəfat edir və bu gənc Leoniddə böyük ruh düşkünlüyü yaradır. Hadisənin təsirindən uzun müddət çıxa bilməyən Leonid bir müddət sonra qərara alır ki, atasının biznesini böyüdəcək. Və bu istəyinə nail olur. Atasının işlərini davam etdirən Leonid onun gəlirlərini 10 il ərzində 15 dəfə artırmağa nail olur. Hazırda "Novatek”in səhmdarı olan L.Mixelson "Forbes” jurnalının hesablamalarına görə, 18 milyard dollar sərvətə malikdir. 

Rusiyanın ən zəngin adamları siyahısında beşinci yerdə gələn 68 yaşlı Vahid ƏləkbərovBakının Stepan Razin qəsəbəsində (hazırkı Bakıxanov)  anadan olub. Vahidin 3 yaşı olanda atası vəfat edir və ailənin bütün ağırlığı anasının çiyinlərinə düşür. Həmin günə qədər heç yerdə işləməyən anasına qohumları təklif edir ki, Vahidi uşaq evinə versin.
 

 

Azərbaycan Neft və Kimya İnstitutunu bitirən Vahid Ələkbərov təhsili ilə yanaşı Kaspmorneft” neft-qaz hasilatı birliyində operator işləyir. 1974-cü ildə quyulardan birində baş verən partlayış zamanı təsadüf nəticəsində sağ qalır. Sonradan yolunu Moskvadan salan Vahid çox az müddətə böyük uğurlara nail olur. SSRİ Neft və Qaz Sənayesi nazirinin müavini vəzifəsinə qədər yüksələn V.Ələkbərov hazırda "LUKoil” şirkətinin əsas səhmdarıdır və "Forbes” jurnalının hesablamalarına görə, 16 milyard dollar sərvətə malikdir. 

Rusiyanın ən zəngin adamları siyahısında altıncı yerdə gələn 60 yaşlı Vladimir Potaninkaryerasına sovet Xarici ticarət nazirliyində başayıb. Sonra isə Mixail Proxorovla birlikdə "Beynəlxalq maliyyə şirkəti” və o dövrdə Rusiyada ən böyük özəl bank olan "ОНЭКСИМ Банк”-ı yaradıb. Onu tez-tez Sovet İttifaqı dağılandan sonra dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinin arxasında duran adam kimi yada salırlar.

 

1996-cı ildə Yeltsin təkrar seçildikdən sonra iqtisadiyyat və energetika naziri təyin edilib. Cəmi 2 il sonra vəzifədən istefa verərək, sırf bizneslə məşğul olmağa başlayıb. O, Proxorovla birgə dünyada ən böyük nikel istehsalçısı olan "Норильский никель” daxil olmaqla əvvəllər dövlətə məxsus olmuş bir neçə müəssisəyə çıxış əldə edib. "ОНЭКСИМ” 1997-ci ilin avqustunda onun səhmlərinin 30%-i alıb. Potanin bu gün "Норильский никель”-in baş direktoru vəzifəsində çalışır və "Forbes” jurnalının hesablamalarına görə, 15 milyard dollar sərvətə malikdir. 

OXŞAR XƏBƏRLƏR

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...