Yerevanda torpaqların Azərbaycana qaytırılmasına qarşı ETİRAZ

Yerevanda torpaqların Azərbaycana qaytırılmasına qarşı ETİRAZ
Yerevanın Azadlıq meydanında polis binasını ələ keçirən silahlı qrupa dəstək etmək üçün etiraz aksiyası başlayıb.

Sfera.az xəbər verir ki, mitinq iştirakçıları əllərində Ermənistan bayraqları və "Rus imperalizminə yox” və "Ölkəmizi oğrulardan təmizləyək” şüarları yazılmış plakatlar tutublar.

"Təsis parlamenti” təşkilatının üzvü Alek Yeniqomşyan öz çıxışında insanları işğal olunmuş torpaqların Azərbaycana qaytarılması barədə danışanlarla mübarizəyə çağırıb.

"Mən həmişə demişəm və deyəcəm: torpaqları verməyə cəhd göstərənləri biz özümüz torpağa verəcəyik”, - o deyib.
 
Oxu.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR