Yerevanda müxalifət polisin toqquşması davam edir: 22 nəfər yaralandı - VİDEO

Yerevanda müxalifət polisin toqquşması davam edir: 22 nəfər yaralandı - VİDEO
Yerevanda polislə nümayişçilər arasında baş verən toqquşma zamanı 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. TASS xəbər verir ki, yaralananlardan 3-ü polisdir.

"Nairi” tibb mərkəzindən bildirilib ki, polislərdən birinin vəziyyəti ağırdır və hazırda əməliyyatdadır. Digər xəsarət alanların vəziyyəti isə yüngüldür və bu gün xəstəxanalardan buraxılacaqlar. Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. N.Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb:
 
""Mən gözümdən və əlimdən yaralandım. Böyük ehtimal ki, tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam. Lakin mübarizə davam edir”.

Paşinyan yenidən etirazçılara qoşulacağını bildirib.

Nümayişçilər isə hələ də Baqramyan prospektindədirlər. Daha əvvəl polis tikanlı məftilləri keçərək parlamentə doğru hərəkət etmək istəyən etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib.

Qeyd edək ki, sabah parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.(virtualaz.org)
 
=

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...