Sİyasət

Yerevanda işğal olunmuş torpaqların qaytarılmasına çağırış edildi

Yerevanda işğal olunmuş torpaqların qaytarılmasına çağırış edildi
"Erməni Milli Konqresi”nin üzvü (Levon Ter-Petrosyanın partiyası - red.) Zoya Tadevosyan jurnalistlərlə görüşü zamanı işğal altındakı Dağlıq Qarabağ ətrafındakı yeddi rayonla bağlı bəyanat yayıb. O bildirib ki, bu münaqişəni həll etmək üçün işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmalıdır. 

Sfera.az bununla bağlı oxu.az-a istinadla xəbər verir. 

Belə ki, Tadevosyanın sözlərinə görə, Qarabağ müharibəsi zamanı "azad edilmiş” ərazilər Dağlıq Qarabağ ərazisi hesab edilmir: 

"Biz onları "azad edilmiş” adlandırırıq. Ancaq hamımız yaxşı bilirik ki, bu ərazilər ələ keçirilib”.

Jurnalistlərin bu ərazilərin qaytarılması ilə bağlı sualına Tadevosyan belə cavab verib:

"Heç kim məndən inciməsin, buna mən qərar vermirəm. Bu məsələ həmişə həmsədrlər tərəfindən qaldırılıb və danışıqlar masası ətrafında müzakirə edilib. Əziz jurnalist, məndən incimə və cavabdeh olmadığım məsələni tələb etmə. Əgər münaqişə torpaqların qaytarılması ilə həll olunsa, bu, düzgün addımdır. Əgər bütün ölkələr problemi belə həll etməyə razılaşsalar, onda...”

Tadevosyan əlavə edib ki, erməni tərəfi bu əraziləri azad edilmiş hesab edir, halbuki beynəlxalq ictimaiyyət isə bu əraziləri ələ keçirilmiş və ya işğal edilmiş kimi qəbul edir. 

Öz növbəmizdə, bildirək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qudablı və Zəngilan rayonları) işğal edilib. 

Bir milyondan çox insan Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olub.

1994-cü ilin mayında atəşkəs razılaşmalarından sonra aparılan sülh danışıqlarında beynəlxalq həmsədrlər daim bəyan ediblər ki, Azərbaycanın işğal olunmuş yeddi rayonu geri qaytarılmalı, sonra isə Dağlıq Qarabağın statusu haqqında müzakirələr aparılmalıdır.

AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31